HƏMAS "Ölməkdən qorxuram, lütfən dayanın" deyən 19 yaşlı israilli əsir qadını öldürdü - VİDEO
HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam" Briqadası 19 yaşlı israilli məhbusun videosunu yayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, gənc qadının “Ölməkdən qorxuram, lütfən dayanın” dediyi videonun sonunda onun cansız bədəninin fotosu yer alıb.
Briqada sözçüsü Əbu Ubeyde gənc məhbusun İsrailin hücumunda həyatını itirdiyini açıqlayıb.
Qeyd edək ki,HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli əməliyyata başlayıb. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına qarşılıq verib. Daha sonra isə tərəflər arasında quru əməliyyatlarına da başlanılıb.
Oxşar xəbərlər
HƏMAS İsrail əsgərlərinin üzərinə bomba yağdırdı - VİDEO
İsrail əsgərləri Qəzza zolağında HƏMAS-ın bombalı hücumuna məruz qalıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları...