Əkrəm İmamoğlu prezident seçkilərində namizəd olmayacaq
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mayın 14-ü keçirilməsi gözlənilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair şayiələrə münasibət bildirib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, onun namizədliyi məsələsi gündəmdə yoxdur.
“Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi başqandır. Mənim namizədim də başqandır”, - İmamoğlu məsələni şərh edərkən deyib.
Qeyd edək ki, CHP-nin də daxil olduğu “Altılı masa” adlı müxalif koalisiya martın 2-si vahid namizədinin adını açıqlaya bilməyib, yekun qərarın martın 6-da veriləcəyi gözlənilir.
Oxşar xəbərlər
Türkiyə müxalifətinin vahid namizədi bu tarixdə açıqlanacaq - FOTO
Türkiyədə müxalif partiya liderlərindən ibarət "altılı masa"nın 12-ci iclası keçirilib. BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, 6 saat çəkən iclasın günd...