Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunda dəyişiklik edilib
29
may
2019
21:52
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturu” aşağıdakı redaksiyada verilir:“1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatı (şöbələr və sektorlar)2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti6. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional orqanları və yerli bölmələri.”.
Oxşar xəbərlər
Novruz Məmmədov qərar verdi - bəzi qurumlar ləğv edildi, yeniləri yaradıldı
“Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilib.BAKU.WS-in Trend-ə istinadl...