Ehtiyata və istefaya buraxılanların hərbi geyim formasını hansı günlərdə daşıya biləcəyi müəyyənləşib
Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin formanı artıq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü"ndə, "Zəfər Günü"ndə və "Anım Günü"ndə daşıya biləcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və istefaya buraxıldıqları dövlət orqanının (qurumun) əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü"ndə, "Zəfər Günü"ndə və "Anım Günü"ndə daşıya biləcəklər.
Oxşar xəbərlər
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib....