Əfqanıstanın Azərbaycandakı səfirliyində zəlzələ qurbanları üçün anım mərasimi keçirilib

Əfqanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ölkənin şərqində baş vermiş son zəlzələlərin qurbanları üçün anım mərasimi keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında yazılıb.
Bildirilib ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, həmçinin bir sıra ölkələrin səfirləri və diplomatları iştirak edərək öz başsağlıqlarını Anım Kitabında qeyd ediblər.
Səfirliyin müvəqqəti işlər vəkili Məhəmməd Feysəl zəlzələnin fəsadları barədə məlumat verib və iştirakçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, son məlumatlara görə, Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2 205 nəfərə çatıb.
په اذربایجان کې د ا.ا.ا. د سفارت سرپرست د هېواد په ختيځ کې د وروستیو زلزلو د قربانیانو لپاره د تعزیت مراسم ترسره کړل.
— AFG Embassy Azerbaijan (@AFGEmbassy_Az) September 4, 2025
په دې مراسمو کې د کوربه هېواد د بهرنیو چارو وزارت چارواکو، د قفقاز د مسلمانانو ادارې استازي او د یوشمېر هېوادونو سفیرانو او ډیپلوماټانو گډون وکړ او pic.twitter.com/aLaAmrYYqH
Oxşar xəbərlər
Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır
Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifə...
