Əfqanıstanda sakinlər bankların bağlanması ilə bağlı etiraz edir
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstanın paytaxtı Kabildə yüzlərlə sakin bankların bağlanması ilə bağlı etiraz aksiyası keçirib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ölkədə banklar, Əfqanıstan Mərkəzi Bankı, eləcə də valyuta mübadilə məntəqələri bağlı qalmaqda davam edir.
"Taliban" hərəkatı bütün bankların fəaliyyətinin bərpa olunacağını bildirsə də, bir çox əməkdaşlar təhlükəsizlik baxımından işə çıxmaqdan imtina edib.
Etiraz edən sakinlər banklarda qalan vəsaitlərin qaytarılması tələbi ilə yürüş keçirib.
Qeyd edək ki, Əfqanıstanda banklar iki həftə əvvəl bağlanıb.
Oxşar xəbərlər
Əfqanıstandan qaçanlar arasında məşhur sima da var imiş - FOTO/VİDEO
Əfqanıstanın bütün şəhərlərini bir-bir ələ keçirən "Taliban" radikal qruplaşması ötən bazar günü Kabilə girərək hakimiyyəti ələ keçirib. BAKU.WS xəbər verir ki,...