Əfqanıstan İslam Əmirliyinin Baş naziri İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axund Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun!
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əfqanıstan İslam Əmirliyi ilə Azərbaycan Respublikası arasında münasibətlər qarşılıqlı hörmətə, xoş niyyətə və dostluq əlaqələrinə əsaslanır. Əfqanıstan İslam Əmirliyi bu münasibətlərin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük önəm verir. Şübhəsiz ki, sıx əməkdaşlıq regional sabitliyin və rifahın təmin olunmasında, həmçinin hər iki ölkənin iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Fürsətdən istifadə edərək Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
Oxşar xəbərlər
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
Dünya aviasiyasının ekoloji baxımdan təmiz aviasiya yanacağına (SAF) keçidi gözləniləndən xeyli yavaş gedir və 2030-cu ilə qədər istehsal güclərinin artırılması...