Efirdən eşitdiyi xəbərdən qəzəblənən şəxs mağazadakı televizorları sındırdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin növbəti dəfə prezident seçkilərində iştirak edə bilməsi birmənalı qarşılanmayıb.
BAKU.WS xəbər verir ki, Tomsk şəhərində bir kişi televizorda Putinin yenidən prezidentlik kürsüsünə oturmaq şansı qazanması haqqında xəbəri eşidib qəzəblənib.
Əsəb krizi keçirən şəxs əlində çəkiclə elektrik-məişət əşyaları mağazasına basqın edib və əlindəki çəkiclə oradakı televizorlara zərbə vuraraq yerə aşırıb.
Hadisə yerinə gələn polis əməkdaşları onu nəzarət altına alıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə prezident seçkilərində iştirak edə bilər. Putin Dövlət Dumasında çıxışı zamanı deyib ki, ölkənin əsas qanununa təklif olunan düzəliş Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənərsə, seçkilərə 2024-cü ildən sonra qatıla biləcək.
Həmin anlar mağazadakı müşahidə kameralarında əks olunub.
Oxşar xəbərlər
Xocalıda zorlanan qızın dəhşətli etirafları - VİDEO
Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım. Şüurlu bir təkliyin içində, özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əs...