Edqars Rinkeviçs: Latviya Azərbaycanla Aİ arasında vizasız rejimi tam dəstəkləyir
Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycanla Avropa İttifatı (Aİ) arasında vizasız rejimi tam dəstəklədiyini bildirilib.
BAKU.WS0 xəbər verir ki, bunu Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda birgə bəyanatında deyib.
O, Azərbaycanla Aİ arasında əməkdaşlıq sahəsində müsbət addımların atıldığını müşahidə etdiyini vurğulayıb:
"Biz bir məxsusi məsələni müzakirə etdik və mən bu məsələdə bizim tam dəstəyimizi vurğulamaq istəyirəm. Bu məsələ vizasız rejimin tətbiq edilməsidir, çünki biz çoxlu məsələləri müzakirə edə bilirik və biz bağlantı, daşımalar, birbaşa uçuşlarla bağlı bu qənaətə gəldik. Lakin Azərbaycan vətəndaşlarının Avropa İttifaqına və Avropa vətəndaşlarının sizin gözəl ölkənizə sərbəst çıxışı vacibdir. Çünki təkcə nəinki şirkətlər üçün, həmçinin xalqlararası təmaslar və turizm üçün böyük potensial mövcuddur".
Oxşar xəbərlər
Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib
Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının...