Ədliyyə naziri Fərid Əhmədov türkiyəli həmkarı Akın Gürleklə görüşüb
Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə naziri Akın Gürlekə görüşüb.
Qonağı salamlayan nazir Fərid Əhmədov Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüş zamanı Azərbaycanla Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son illər nazirliklər arasında həyata keçirilən qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin və birgə fəaliyyət mexanizmlərinin əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.
Hüquqi yardım, penitensiar və probasiya sistemləri, rəqəmsal həllərin tətbiqi, təcrübə mübadiləsi və kadr hazırlığı istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə layihələrin və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin hüquq sahəsində inteqrasiyanın gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Astanada Azərbaycanın IOFS-ə üzv olması münasibətilə mərasim keçirilib
Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına (Islamic Organization for Food Security - IOFS) daxil olması münasibətil...