Ədliyyə naziri: Azərbaycanda hazırda hüquqşunas çatışmazlığı var

Ədliyyə naziri: Azərbaycanda hazırda hüquqşunas çatışmazlığı var
Siyasət 41

Azərbaycanda hazırda hüquqşunas çatışmazlığı var. Bu gün təhsil müəssislərimiz hər il 1400 hüquqşünas məzun buraxır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə naziri Fərid Əhmədov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

O bildirib ki, onlardan 600-ü ixtisaslaşmış müəsssiləridir:

"Yəni Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük Akademiyası və digərləri misal çəkmək olar. Azərbaycanda ümumilikdə hər 100 min vətəndaşa 14 hüquqşunas düşür. Digər ölkələrlə müqayisədə hüquqşünasların sayında kifayət qədər problemlər var və azlıq təşkil edir. Vəkillərin sayına baxanda görürük ki, 100 min vətəndaşa 28 vəkil düşür. Biz avropadan bu rəqəmlərə görə çox aşağıdayıq. Azərbaycanda hər 100 min vətəndaşa 1.5 notarus düşür. Hakimlərin də sayı avropadan iki dəfə aşağıdayıq. Cəmi bir prokurorluğun işçilərinin sayına görə digər Avropa ölkələri ilə bərabərlik müşahidə edirik".

Son xəbərlər