Əcnəbi səyahətçilər Zəngilana səfər ediblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əcnəbi səyahətçilər Zəngilan rayonunun Ağalı kəndində olublar.
BAKU.WS Report-a istinadla xəbər verir ki, 10 ölkədən olan səyahətçilər və bloqerlər iki gün ərzində Füzuli, Şuşa, Kəlbəcər, Laçını ziyarət ediblər və bu gün Zəngilandadırlar.
Qonaqlara Zəngilanın Ağalı kəndi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kompleks 200 evdən ibarətdir və onların planlaşdırılmasında bir çox ölkələrin təcrübəsindən istifadə olunub. Həmçinin vurğulanıb ki, “Ağıllı kənd” konsepsiyasında yaşayış kompleksinin, sosial xidmətlərin, istehsal müəssisələrinin yaradılması və alternativ enerji mənbələrindən istifadə nəzərdə tutulur.
Qafqazda ilk “Ağıllı kənd” konsepsiyasının yaradılması üçün Hindistan, İsrail və digər qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident Zəngilan rayonuna təyin etdiyi xüsusi nümayəndəsini videoformatda qəbul edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi n...