Düşmənin 9 texnikası yarım saata belə məhv edilibmiş - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbhənin bütün istiqamətlərində sıxışdırılan Ermənistan ordusu öz qüvvələrini cəmləşdirərək genişmiqyaslı hücum əməliyyatı keçirməyə cəhd etmişdi. Bu məqsədlə Füzuli rayonunun Horadiz kəndi hədəf seçilmişdi.
BAKU.WS xəbər verir ki, həmin vaxt düşmənin hazırladığı planlar ürəyindəcə qalmışdı.
Azərbaycan ordusunun düşmənə qarşı uğurlu əməliyyatından Zəfər ordenli Vətən Müharibəsi iştirakçısı Bəxtiyar Mustafayev danışıb. O, "Xəzər TV"də yayımlanan "Qisas qiyamətə qalmadı" sənədli filmində düşmənin texnikalarının vurulmasını belə izah edib: "30-40 dəqiqə ərzində düşmənin 9 texnikası sıradan çıxarılmışdı. Düşmənin sonuncu texnikası vurulan zaman qaçmağa başlamışdılar".
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...