Düşməni heyrətə salan əməliyyatın ŞOK görüntüsü: Əvvəl "Harop", ardınca "Bayraktar"... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Müdafiə Nazirliyinin internet səhifəsində "Bayraktar TB2" tərəfindən məhv edilən düşmən hədəflərinin video görüntüləri yerləşdirilib və ictimaiyyət tərəfindən izlənilib. Bu videoların birində düşmənin ən müasir "Tor-M2KM" zenit-raket kompleksinin məhv edilməsi də var".
BAKU.WS xəbər verir ki, general-leytenant, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, "Zəfər" ordeni mükafatçısı Ramiz Tahirov İTV-yə açıqlamasında bildirib:
"Həmin videoda "Bayraktar" zenit-raket kompleksini aşkarlayır və izləyir. "Tor" anqara daxil olduqdan sonra "Harop" və "Bayraktar" həmin hədəfə zərbə endirir. Anqarda olan heyət baş verən yanğını söndürməyə çalışarkən bizim "Su-25" təyyarəmiz lazerlə tuşlanan avia bomba ilə hədəfi tamamilə məhv edir".
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...