Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat edib

Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat edib
Siyasət 913

Tacikistanda dünyanın ən yaşlı qadını hesab edilən Fatimə Mirzəqulova 128 yaşında vəfat edib.

BAKU.WS-in məlumatına görə, “Report” bu barədə xarici KİV-ə istinadla xəbər verir. Bildirilir ki, 1893-cü ilin 13 mart tarixində hazırkı Xətlan əyalətinin Yavan dairəsinin Dahan kəndində doğulan F.Mirzəqulova kolxozda pambıqçı işləyib, təqaüdə çıxandan sonra da tarlada işləməkdə davam edib.

8 övlad anası olan Fatimə xanımın 200 nəvəsi, nəticəsi və kötücəsi var. O, şənbə günü ölkənin şimalındakı Soğd əyalətinin Dakhana şəhərinin qəbiristanlığında dəfn edilib.

Rəsmi statistik məlumata görə, Tacikistanda yaşı 100-ü ötmüş 78 nəfər yaşayır ki, bunların 50-si xanımlardır.

Oxşar xəbərlər

21 yaşlı gənc WhatsApp-da yazdığı mesaja görə edam edildi

21 yaşlı gənc WhatsApp-da yazdığı mesaja görə edam edildi

Ötən il Səudiyyə Ərəbistanında 184 nəfər edam edilib. BAKU.WS milli.az-a istinadla xəbər verir ki, edam edilən məhkumlardan 3-ü həbs edilərkən yaşı 18-dən az ol...

1548 Siyasət 13:37 15 yanvar 2020

Son xəbərlər