Dünyanın ən uzun dırnaqlı qadını vəfat etdi - FOTO

Bir vaxtlar dünyanın ən uzun dırnaqlarına sahib olan Li Redmond ABŞ-ın Yuta ştatında dünyasını dəyişib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.
Ölümün səbəbi hələlik məlum deyil.
Bildirilib ki, rekordçunun 82 yaşı olub.
Qeyd edək ki, Li Redmond 2003-cü ildə ən uzun dırnaqlara görə dünya rekordunu qırıb və Ginnesin Rekordlar Kitabına düşüb.
Bu titul 2022-ci ildə başqa bir amerikalı Diane Armstronq onu pozana qədər Liyə məxsus idi.
Amerikalı onları 1979-cu ildən kəsməyi dayandırmışdı və 2003-cü ilə qədər ümumi uzunluğu 7,51 sm-ə qədər uzanmışdı.
Diqqətli qulluq və çoxsaylı manikürlər sayəsində Linin dırnaqları daha da uzandı və 2008-ci ildə yenidən ölçülüb.
Məlum olub ki, dırnaqların uzunluğu 8,65 m-ə çatıb.
Qalereya
Oxşar xəbərlər
30 yaşlı "Bobi" bu səbəbə görə "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO
"Bobi" adlı it dünyanın ən yaşlı iti olduğuna görə "Ginnesin Rekordlar Kitabı"na düşüb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Bobi" indiyə qədər düny...
