Dünyanın ən titullu futbolçusu klubundan QOVULDU
21
yan
2023
13:00
Meksikanın "Pumas" klubu Braziliya millisinin sabiq futbolçusu Dani Alveşlə yollarını ayırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə klubun Qəyyumlar Şurasının sədri Leopoldo Silva mətbuat konfransında bildirib.
O, İspaniyada saxlanılan 40 yaşlı müdafiəçinin müqaviləsinə xitam verildiyini söyləyib.
Qeyd edək ki, Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün tutulub. Təcrübəli futbolçu məhkəmə qarşısında ifadə verəcək. Onun "Pumas"la sözləşməsi yayda başa çatmalı idi.
Oxşar xəbərlər
Braziliya millisinin rəsmisi mətbuat konfransında pişiyi masadan atdı - VİDEO
Braziliya millisinin hücumçusu Vinisius Juniroun iştirak etdiyi mətbuat konfransında qeydə alınan görüntülər müzakirələrə səbəb olub. BAKU.WS xəbər verir ki, Vi...