"Dünyanın ağciyəri"nin yarısı 2050-ci ilə qədər məhv ola bilər - FOTO
Aparılan beynəlxalq araşdırmalardan sonra Amazon meşələrinin yarısının 2050-ci ilə qədər məhv olacağı bildirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Buna səbəb meşələrdə intensiv quruluğun və tez-tez yanğınların olmasıdır.
Hazırda Amazonda ağacların yüzdə 38 faizi kəsilib.
Meşələrdəki rütubət səviyyəsi azalmağa doğru davam edərsə artıq Amazon quraqlığın hökm sürdüyü bir ərazi olacaq.
Ekoloqlar Amazonu yaşıllıq səbəbi ilə Yer kürəsinin oksigen mənbəyi yəni "Dünyanın ağciyəri" kimi dəyərləndirirlər.
Beynəlxalq araşdırmanın detalları "Nature" jurnalında dərc edilib.
Oxşar xəbərlər
Yer planetindəki oksigen nə vaxt bitəcək?
Oksigen Yer üzündə həyatı mümkün edən çoxsaylı komponentlərdən biridir. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmaya görə, oksigenin...