Dünya və Avropa çempionu YAP İdarə Heyətinə üzv seçildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının böyük məşqçisi Rövşən Bayramov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə üzv seçilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 40 nəfərdən ibarət siyahıya ikiqat olimpiya mükafatçısı da daxil edilib.
İdarə Heyəti YAP-ın VII qurultayında formalaşıb.
Qeyd edək ki, Rövşən Bayramov 2007-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, 2008-ci ildə Finlandiyanın Tampere şəhərində Avropa çempionu olub. Sabiq yunan-Roma güləşçisi 2011-ci ildə Türkiyənin İstanbul şəhərində dünya çempionu adını qazanıb. Bayramov 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medala yiyələnib.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...