Dünya Bankı zəlzələlərdən sonra Türkiyəyə dəyən ziyanı açıqladı - İki-üç dəfə arta bilər
Yeniliklərdən dərhal xəbərdar olun
6 fevral tarixində Türkiyədə ard-arda baş verən dəhşətli zəlzələlərdən sonra Dünya Bankı ölkəyə dəyən ziyanın miqdarını açıqlayıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, beynəlxalq qurum zəlzələnin Türkiyədə 34,2 milyard dollar fiziki ziyana səbəb olduğunu bildirib.
Dünya Bankı, həmçinin onu da elan edib ki, yenidənqurma və təkmilləşdirmə xərcləri bu məbləğdən iki və ya üç dəfə çox ola bilər.
Qeyd edək ki, Türkiyədə 6 fevral tarixindən bu günədək baş verən zəlzələlər 11 əyaləti əhatə edib və 13,5 milyon insana mənfi təsir göstərib.
Zəlzələlərdə 44 mindən çox insan həyatını itirib, 200 minə yaxın bina zərər görüb.
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 9057-yə çatıb, 52 979 nəfər yaralanıb - CANLI - YENİLƏNİR
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, təbii fəlakə...