Dünya azərbaycanlılarının ordumuza dəstəyi davam edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin Cenevrə şəhərindəki qərargahının qarşısında ordumuza dəstək aksiyası keçirilib.
Baku.TV xəbər verir ki, aksiyada azərbaycanlılarla yanaşı türk cəmiyyətlərinin nümayəndələri də iştirak ediblər. Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün missiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, etiraz plakatlarının qaldırıldığı aksiyada "Azərbaycana ədalət!", "Dağlıq Qarabağ Azərbaycanındır!", "Ermənistanın işğalına son qoyulsun!" və sair şüarlar səsləndirilib.
Kanadada yaşayan azərbaycanlılar da, ordumuza dəstək aksiyası keçiriblər. Aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etirazlarını bildiriblər. Soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması, işğal olunmuş torpaqlarımızın azad olunmasını tələb ediblər. Aksiyaya Kanadada yaşayan İsrail və Türkiyədən olan insanlar, Azərbaycanı sevənlər də qatılıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...