DTX-nin "Bilgəh" istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Təhlükəsizliyi Xidmətinin "Bilgəh" istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib.
Bu barədə BAKU.WS-ə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib.
Görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış ediliblər.
Tədbirdə çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən ətraflı söhbət açıblar.
Haqq savaşında əldə olunmuş tarixi qələbənin 5-ci ildönümünün 2025-ci ildə qeyd ediləcəyini vurğulayan çıxışçılar Vətən müharibəsi ilə başlanan taleyüklü missiyanın 2023-cü ilin sentyabr ayında dövlət suverenliyinin bərpa olunması ilə nəticələnməsinin hər bir vətənpərvər azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığını bildiriblər.
Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam etdirilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...