DTX generalı aprel döyüşlərindən yazdı
"2014-cü ilin yay aylarında cəbhə xəttində baş vermiş döyüşlər, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus "Mi-24" tipli döyüş helikopterinin məhv edilməsi, həmçinin bu ilin aprel ayının əvvəllərində düşmənin təxribatlarına cavab olaraq hərbçilərimizin əks-hücumla bir neçə strateji əhəmiyyətli yüksəkliyi geri alması ordumuzun kifayət qədər gücə malik olduğunu bir daha sübuta yetirib".
BAKU.WS xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı yazdığı məqaləsində qeyd edib.
MTN rəhbəri qeyd edib ki, aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsiri çöx böyükdür.
M.Quliyev deyib ki, Silahlı Qüvvələrimizin azsaylı bir heyəti düşmənin illər boyu gücləndirdikləri mövqeləri elə birinci həmlədə məhv etməyi və qısa müdətdə orada möhkəmlənməyi bacarıblar. "Bundan başqa, Ermənistanın işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi hərbçilərimizin dəqiq cavab atəşi ilə darmadağın edilib ki, bu da ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir.
Beləliklə də, düşmən təbliğatının "erməni əsgərinin məğlubedilməzliyi” barədə "mif” yaratmaq cəhdləri növbəti dəfə puça çıxıb. Azərbaycan əsgəri istənilən mürəkkəb döyüş şəraitində qələbə qazanmağa qadir olduğunu bir daha sübuta yetirib”.
O, qeyd edib ki, bu uğurlu hərbi əməliyyatın nəticəsində Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında 2 min hektardan çox ərazi işğalçılardan azad edilib, ordumuz hətta bundan bir neçə dəfə böyük ərazini tam nəzarətə götürməyə müvəffəq olub:
"Əsgər, gizir və zabitlərimizin şücaəti Azərbaycan cəmiyyətindəki vətənpərvərlik ruhunu coşdurub, Ermənistan əhalisini və işğalçı qüvvələri dərin psixoloji sarsıntıya məruz qoyub. Düşmənin və onun havadarlarının münaqişədə status-kvonun dəyişilməzliyi ilə bağlı xəyalları puça çıxıb, beynəlxalq ictimaiyyət, xüsusən, vasitəçilik missiyasını indiyədək ədalətlə deyil, ətalətlə yerinə yetirən tərəflər xalqımızın səbrinin tükəndiyini, Azərbaycanın öz hərbi gücünü və qətiyyətini real şəkildə ortya qoyduğunu görərək təcili hərəkətə gəlib.
Prezident İlham Əliyevin dediyi kimi, aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. Münaqişənin tez bir zamanda həll edilməsi ilə bağlı konkret addımların atılmasının vaxtı çatmışdı, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Artıq vaxt çatıb"
"Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb". ANS PRESS-in məlumatına görə, bunu Qafqaz M...