DSX-nin Gorus-Qafan yolundakı postu istifadəyə verilib - FOTO

DSX-nin Gorus-Qafan yolundakı postu istifadəyə verilib - FOTO
Foto
Siyasət 123

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qubadlı rayonunun Eyvazlı kəndindən keçən Gorus-Qafan yolu üzərində yerləşən sərhəd nəzarət postu əsaslı təmir olunaraq istifadəyə verilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, postda Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə xidmətinin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb.

Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin rəsmiləşdirilməsi, sənədlərin mərkəzləşdirilmiş elektron qeydiyyat sisteminə daxil edilməsi və digər sərhəd nəzarəti tədbirləri həyata keçirilir.

Son xəbərlər