Səudiyyə Ərəbistanı polislərinə 77 min dollarlıq lüks avtomobillər verildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanında "Lucid Air" adlı dronlu polis maşınları təqdim edilib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ilk dronlu elektrikli polis avtomobili ötən həftəsonu Ər-Riyadda keçirilən Ümumdünya Müdafiə Sərgisində nümayiş etdirilib.
"Lucid Air" xüsusi bir qutuda, dron uçuş meydançası ilə birlikdə polis maşınlarının üstündə quraşdırılıb.
Avtomatik açılır və sonra uçuşa hazır olur.
Növbəti 10 il ərzində yerli hüquq-mühafizə orqanlarına 100 min belə maşın təqdim ediləcək.
Onların hər birində 77,4 min dollardan çox pul xərclənib.
"Lucid Air"in elektrik avtomobilləri ötən payız Səudiyyə Ərəbistanında "Lucid Air"in Arizona ştatındakı əsas zavodunun istehsal etdiyi hissələrdən hazırlanmağa başlayıb.
2022-ci ildə lüks elektrikli avtomobillər istehsal edən ABŞ-ın "Lucid" şirkəti Səudiyyə Ərəbistanı hakimiyyəti ilə "yaşıl" avtomobillərin tədarükü ilə bağlı müqavilə imzalayıb.
Qeyd etmək lazımdır ki, Lucid-in səhmlərinin 62 faizi Səudiyyə Ərəbistanının Dövlət Fonduna (PIF) məxsusdur.
Yerli hökumət "Lucid" şirkətinin köməyi ilə Səudiyyə Ərəbistanını elektrik avtomobillərin istehsalı mərkəzinə çevirməkdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...