Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb
27
yan
2025
17:29
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman bu il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək. Bələdi...