Dövlət Gömrük Komitəsi Qarabağda fəaliyyətini genişləndirə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsi (DGK) işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini genişləndirə bilər.
Bunu İTV-yə açıqlamasında komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“Hazırda əməkdaşlarımız həmin ərazilərdə xidmət göstərirlər. Növbəti ildə infrastrukturumuzu da genişləndirəcəyik. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərdə postlarda gömrükçülər Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə bərabər fəaliyyət həyata keçirirlər. Bununla yanaşı digər hissələrdə də dövlətimizin müəyyən etdiyi zamanda biz infrastruktur layihələrini reallaşdıracağıq”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...