Dövlət başçısı: Bolqarıstan şirkətlərini azad olunmuş ərazilərə dəvət edəcəyəm

“Mən bu gün Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə görüşəcəyəm. Artıq görüşlər üçün mövzular da kifayət qədərdir. Əminəm ki, bu görüş bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacaq”.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Sofiyada Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
“Eyni zamanda, mən Bolqarıstan şirkətlərini Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət edəcəyəm, o cümlədən işğaldan azad olunmuş ərazilərə. Hazırda orada böyük quruculuq-abadlıq işləri aparılır və biz dost ölkələrin şirkətlərini orada görmək istərdik”, - Prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...