Dövlət başçısı: "Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında deyib.
“Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq”, - söyləyən dövlət başçısı deyib ki, istər işğal dövründə, istərsə də müharibə zamanı və ondan sonrakı dövrdə Pakistanın Prezidenti, Baş naziri və digər yüksək rütbəli məmurları Azərbaycanı dəstəkləmişlər.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən...