Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın spektri çox genişdir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın "Kazinform" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hər iki ölkə iqtisadiyyatın müxtəlif sektorlarında qarşılıqlı əlaqələri genişləndirərək birgə təşəbbüsləri ardıcıl şəkildə həyata keçirir: "Bu gün ölkəmizdə Qazaxıstan kapitalının iştirakı ilə təxminən 250 kommersiya qurumu qeydiyyata alınıb ki, bu da investisiya mühitinə yüksək etimadı təsdiqləyir və iqtisadi qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır".
Dövlət başçısı qarşılıqlı ticarət sahəsində müsbət dinamikanı da qeyd edib. "Belə ki, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 470 milyon ABŞ dolları təşkil edib, 2025-ci ilin yanvar ayından avqust ayına qədər isə 547 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricilərini üç dəfədən çox üstələyir. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə şərtlənib", - o qeyd edib.
İlham Əliyev vurğulayıb ki, bununla yanaşı, Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığı da möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi 225 milyon ABŞ dollarına çatıb, Qazaxıstanın Azərbaycana investisiyaları isə 136 milyon ABŞ dolları təşkil edib. "Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını göstərir", - deyə Prezident əlavə edib.
Oxşar xəbərlər
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə...
