Dövlət başçısı: Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyənləşdirib.
İlham Əliyev həmçinin qeyd edib ki, Slovakiyanın uğurlu inkişafı Azərbaycanı çox məmnun edir:
"Slovakiya çox güclü sənaye potensialına malikdir. Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə üzləşirsiniz, amma bu, sizi yolunuzdan döndərmir".
Azərbaycan lideri, eyni zamanda, slovakiyalı həmkarı ilə bu gün informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında da müzakirə apardıqlarını söyləyib.
Oxşar xəbərlər
Nazirlər Milli Məclisə toplaşırlar
2027-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirəyə çıxarılır. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, büdcə zərfinə daxil olan sənədlər parlamentin...