Dördüncü dəfə xərçəngə tutulan aktrisa sevənlərinə müraciət etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli məşhur aktrisa Bahar Öztan uzun müddət müalicə aldığı xəstəxanadan sevənlərinə müraciət edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 3 dəfə xərçəngə qalib gələn aktrisa yenidən bu xəstəliyə tutulub.
O yerləşdirildiyi tibb müəssisəsindən foto paylaşaraq sevənlərinin onun üçün çoxlu dua etməsini istəyib:
"Hamıya salam. Uzun müddətdir sizə yaza bilmirəm. Ötən gün yenə İstanbuldakı xəstəxanaya gəldim. Gələn həftə əməliyyat olunacağam.
Hər zamanki kimi sizin dualarınıza ehtiyacım var".
Qeyd edək ki, Bahar Öztan bir zamanlar "Yeşilçamın qəmzəli gözəli" kimi xatırlanırdı.
Qalereya
Oxşar xəbərlər
Tanınmış aktrisa 5-ci dəfə xərçəngə tutuldu - FOTO
Məşhur aktrisa Bahar Öztan 5-ci dəfə xərçəngə tutulub. BAKU.WS xəbər verir ki, 60 yaşlı aktrisanın ötən həftə verdiyi qan testindən sonra onda yenidən xərçəng...