Doqquz milyona yaxın abunəçisi olan türkiyəli yutuberin kanalı oğurlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur türkiyəli yutuber Ruhi Çenetin doqquz milyona yaxın abunəçisi olan kanalı oğurlanıb.
"Haber Global"ın məlumatına görə, kanalın adı “Ripple” ilə dəyişdirilib.
Ruhi Çenet, əsasən, səyahət məzmunlu videolarla məşhurluq qazanıb.
Məlumat üçün əlavə edək ki, Ruhi Çenet Azərbaycanla bağlı da müxtəlif videoçarxlar hazırlayıb. O, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə olub, Azərbaycan əsgərləri ilə söhbət edib, onların vəziyyəti ilə maraqlanıb.
Daha sonra Gəncədə olan bloqer erməni terrorundan zərər görən insanlarla görüşüb. Onların fikirlərini öyrənən R.Çenet bununla da bir çox faktı dünya ictimaiyyətinin diqqətinə çatdırıb.//oxu.az
Oxşar xəbərlər
Gözəlləşmək üçün İsveçdən İstanbula gəldi - Üç əməliyyatdan sonra öldü - FOTO
İsveçdən İstanbula gələrək plastik əməliyyat keçirən qadın əməliyyatlardan bir gün sonra vəfat edib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Cenet Benq...