DİN: Seçkilərdə ictimai asayişin kobud surətdə pozulması faktı qeydə alınmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi seçkilərlə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.
Saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.
Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda-rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verdi - VİDEO
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilir. BAKU.WS xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı...