İşdən çıxarılan icra başçısı: “Nahardan qayıdanda eşitdim ki, işdən çıxarılmışam”

İşdən çıxarılan icra başçısı: “Nahardan qayıdanda eşitdim ki, işdən çıxarılmışam”
Siyasət 4410
Prezident İlham Əliyevin sərəncamı ilə Tofiq Zeynalov Tovuz rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin başqa bir sərəncamı ilə onun yerinə Məmməd Cahangir oğlu Məmmədov təyin edilib.BAKU.WS xəbər verir ki, Tofiq Zeynalov xəbəri musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona təzəliklə məlumat veriblər: "Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər".BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev yeni icra başçısı təyin etdi

İlham Əliyev yeni icra başçısı təyin etdi

Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.BAKU.WS-ın məlumatına görə, müvafiq sərəncamı Azərbaycan prezid...

3679 Siyasət 14:42 07 iyun 2018

Son xəbərlər