Dilan Polata astroloqu müjdə verib: Bu tarixə kimi azadlığa çıxacaqsan

Dilan Polata astroloqu müjdə verib: Bu tarixə kimi azadlığa çıxacaqsan
Siyasət 0

Çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilən sosial media fenomeni Dilan Polat həbsxanadan astroloquna zəng vurub.

BAKU.WS xəbər verir ki, o, astoloqundan azadlığa nə vaxt çıxacağını soruşub.

Astroloqu isə Polata deyib ki, fevral-mart aylarında sərbəst buraxıla bilər.

Qeyd edək ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən həyata keçirilən çirkli pulların yuyulması, vergidən yayınma və virtual mərc oyunları araşdırması çərçivəsində əmlaklarına həbs qoyulan Dilan və Engin Polat cütlüyü daha 14 nəfərlə birlikdə tutularaq Silivridəki Mərmərə Həbsxanasına göndərilib. Tez-tez həbsxanadan məktublar yazaraq içəridəki vəziyyətdən şikayət edən Dilan Polat son zamanlar sirli qonağı ilə ad çıxarıb.

Habertürk-ün məlumatına görə, fərqli soyadlı və mütəmadi olaraq Dilan Polatı ziyarət edən şəxsin onun astroloqu olduğu ortaya çıxıb.

“Əslində bilmək istəyir ki, yekunda ona nə olacaq. O, bu dəqiqə pulu heç vecinə də almır. Onun tək istədiyi azadlığıdır. Dedim ki, ən çox aprel ayına kimi çölə çıxacaq. Təbii ki, fevral-mart aylarında da sərbəst buraxıla bilər”, - deyə astroloqu bildirib. ​

Son xəbərlər