Dilan Polat və bütün ailəsi həbs edildi
Türkiyənin Azərbaycanda da çox izlənən sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olundu.
Dilan Polat, həyat yoldaşı Engin Polat da daxil olmaqla saxlanılmış 18 şübhəlidən 12-si həbs edilib.
Qeyd edək ki, Dilan Polat həbs qərarından sonra “Oğlum, sənə kim baxacaq?” deyə haray salıb. Həbs edilənlər təhlükəsizlik tədbirləri altında həbsxanaya göndərilib.
Şübhəlinin yaxınları nəticəni gecə boyu ədliyyə binası qarşısında gözləyib.
Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.
Polisin 6 şübhəli barəsində əməliyyatı davam edir.
Həbs edilənlər arasında Dilan Polatın bacı və qardaşı, Engin Polatın qardaşı, atası, həmçinin, ailənin hüquqşünası da var.//lent.az
Oxşar xəbərlər
"Fənərbağça" Dilan və Engin Polatın sponsorluğuna son qoydu - VİDEO
İstintaq altında olan və çirkli pulların yuyulması ilə bağlı saxlanılan Engin və Dilan Polat cütlüyü ilə bağlı yeni iddia gündəmə gəlib. BAKU.WS bu barədə Türki...