Dilan-Engin cütlüyü ilə bağlı yeni ŞOK İDDİA - FOTO
Noyabrda çirkli pulların yuyulması ittihamı ilə saxlanılan Dilan-Engin Polat cütlüyünə məxsus kremlərin Lüleburqazda bal meşəsinə töküldüyü iddia edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ötən il noyabrdın 17-də baş verib.
Belə ki, Lüleburqazın Eskitaşlı kəndində naməlum şəxslər tərəfindən bal meşələrinə kimyəvi tullantılar atılıb.
Arıçılıqla dolanan kənd sakinləri vəziyyəti aidiyyatı qurumlara çatdırıblar.
Bəzi istifadəçilər sosial şəbəkədə şübhəli vəziyyəti gündəmə gətiriblər.
Yazının tarixinin Polat cütlüyünün həbs olunduğu tarixə yaxın olmaması diqqətdən qaçmayıb.
Hadisə ilə bağlı irəli sürülən iddia gündəmə gəlib.
Yük maşını ilə meşəyə atılan kimyəvi tullantıların Dilan-Engin Polat cütlüyünə aid kremlər olduğu iddia edilib.
Hazırda hadisə ilə bağlı ölkədə müvafiq orqanlar araşdırmalara başlayıb. Kimyəvi maddəni meşəyə tökənlərin kimliyi axtarılır.
Oxşar xəbərlər
Dilan və Engin Polat cütlüyünün qonşularına hücum etdikləri ŞOK GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
Dilan Polat və əri Engin Polatın İstanbulun Çekmeköy ərazisində yaşadıqları dəbdəbəli villada park yeri səbəbilə qonşularına hücum etməsinin görüntüləri ortaya...