Dietoloqdan qəhvə ilə bağlı vacib AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
İlk fincan qəhvəni oyandıqdan bir saatdan tez olmayaraq içmək daha yaxşıdır.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail"də dərc olunan araşdırma məlumatlarında deyilir.
Belə ki, dietoloq Amanda Mauzer səhər saat 9.30-a qədər ilk qəhvədən imtina etməyi məsləhət görür. O, deyir ki, səhər qəhvə içməzdən əvvəl bir az gözləsəniz, maksimum enerji artımı əldə edə və əsəb gərginliyindən qaça bilərsiniz.
Çünki insan yuxudan oyananda yüksək səviyyədə kortizol (stress hormonu) olur və qəhvə içmək onu daha da artırır. Beləliklə, bədən üçün stresli bir vəziyyət yaranır.
Mütəxəssislərin fikrincə, gecə yaxşı istirahət üçün yatmazdan 6-8 saat əvvəl kofeindən imtina etmək lazımdır.
Oxşar xəbərlər
Dünyanın ən qəribə NAZİRLİKLƏRİ - Tualet, qəhvə, tənhalıq və… - FOTO
Ölkələrin adətən xarici işlər, daxili işlər, ədliyyə, təhsil və maliyyə kimi sahələrdə adət halını almış nazirlikləri olur. Bəzi ölkələr nazirliklərini maraqlı...