Deputatlar bu gün toplaşır – Baş Nazir hesabat verəcək

Deputatlar bu gün toplaşır – Baş Nazir hesabat verəcək
Siyasət 568

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə altı məsələ daxildir.

Gündəliyin birinci məsələsi - Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqındadır. Gündəliyin ikinci məsələsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı barədədir.

Karantin rejimi ilə əlaqədar olaraq Baş Nazir Əli Əsədovun plenar iclasda videohesabatı dinləniləcək.

Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

İclasın gündəliyinə təklif olunan digər dörd məsələ isə bunlardır:

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixi 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə (ikinci oxunuş).

"Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).

"Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında (ikinci oxunuş).

Yaşı 65 və ondan yuxarı olan deputatlardan isə xahiş edilib ki, karantin rejiminin qaydalarına əməl etsinlər.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24042 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər