Deputat seçilən icra başçısının müavini vəzifəsindən istefa verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Konstitusiya Məhkəməsinin Milli Məclisə seçkilərin yekunlarını təsdiqləməsi ilə əlaqədar Suraxanı İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova işdən çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Suraxanı İcra Hakimiyyətindən məlumat verilib.
Sabunçu rayon İcra Hakimiyyətindən də bildirilib ki, Sabunçu rayon İcra Hakimiyyəti Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliəbbas Salahzadə dünən işdən çıxmaq barədə ərizə verib və bu gündən işə çıxmır.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə A. Həsənova 32 saylı Suraxanı Üçüncü, Ə. Salahov 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputat seçiliblər.
Seçki Məcəlləsinin 173.3-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...