Deputat: "Mehriban Əliyevanın təşəbbüsü güclü səhiyyə sisteminin formalaşmasına mühüm töhfədir"
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məlum təşəbbüsü təkcə TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində çalışan onminlərlə tibb işçisinin əməkhaqlarının artırılması ilə məhdudlaşmır.
Bu addım səhiyyə sistemində insan kapitalının gücləndirilməsi, sosial ədalətin təmin olunması, tibb işçilərinin peşə nüfuzunun artırılması və bütövlükdə daha güclü səhiyyə sisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Cəfərov deyib.
O qeyd edib ki, sosial müdafiənin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin inkişafı və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması Azərbaycan dövlətinin hər zaman əsas prioritetləri sırasında olub:
"Birinci vitse-prezidentin bu təşəbbüsünü Prezident İlham Əliyev də müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib və tibb işçilərinin maaşları artırılıb.
Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq. Bu artımlardan TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisi yararlanacaq.
Düşünürəm ki, bu addım regionlarda kadr çatışmazlığının da qarşısını alacaq. Çünki qərarda regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1.3 əmsalı tətbiq olunacaq. Yaradılan əlverişli maliyyə və iş şəraiti, eyni zamanda, xaricdə fəaliyyət göstərən yüksəkixtisaslı azərbaycanlı mütəxəssislərin yenidən ölkə səhiyyəsinə cəlb olunmasına və dövlət tibb müəssisələrində çalışmalarına güclü təkan verəcək. Mehriban Əliyevanın tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü də məhz bu qeyd olunan məqsədlərə xidmət edən mühüm addımlardan biridir".
Oxşar xəbərlər
Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib
Niderland səfirliyi avqustun 29-da Şəkinin dağlıq ərazisində piyada yürüşü zamanı xəsarət alan ölkə vətəndaşının xilas edilməsinə və ona təcili tibbi yardım gös...