Dəhşətli fırtına ağacları kökündən çıxardı - FOTO/VİDEO

“Poly Fırtına”sı Hollandiyanı bir-birinə vurub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin paytaxtı Amsterdam və Şimali Hollandiya bölgəsində müşahidə olunan fırtınada çoxlu sayda ev və avtomobilə ziyan dəyib.
Sürəti saatda 145 kilometrə çatan fırtınanın şiddəti ilə kökündən çıxan ağac avtomobilin üzərinə aşıb. Nəticədə maşında olan 51 yaşlı qadın dünyasını dəyişib.
Hollandiya Milli Meteorologiya İnstitutu Şimali Hollandiya bölgəsində, xüsusilə Amsterdamda qırmızı kodlu həyəcan siqnalı verib, sakinlərə evlərini tərk etməmələri və yalnız kritik vəziyyətlərdə təcili yardım xidmətlərinə zəng etmələri barədə xəbərdarlıq olunub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
