Daxili Qоşunların kоmandanı: "Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır"

Daxili Qоşunların kоmandanı: Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır
Siyasət 238

"Hərbi rütbə vermək səlahiyyəti olan vəzifəli şəxsin hərbi rütbəni aşağı salmaq səlahiyyəti olmalıdır. Təklif edərdim ki, qanun layihəsinin 6.1.3-cü maddəsində cənab nazirə aid olan səlahiyyətlərdir. Daxili Qoşunların hərbi qulluqçularına hərbi rütbələr verir, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda o rütbələrin aşağı salınması müəyyən olunub".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı Daxili Qоşunların Kоmandanı general-leytenant Şahin Məmmədоv deyib.

O bildirib ki, daxili işlər nazirinin polkovnik rütbəsi də daxil olmaqla, rütbələr vermək səalhiyyəti var:

"Burada əlavə etməliyik ki, polkovnik hərbi rütbəsindən başlayaraq aşağırütbəli zabitlərin rütbələrini bir pillə endirilməsi səlahiyyəti var. Məhrum etmək səlahiyyəti artıq məhkəmə orqanları tərəfindən müəyyən oluna bilər. Bir pillə aşağı salınması isə qanunla müəyyən olunub və əlavə edilməsi vacibdir. Daxili Qoşunların komandanının səlahiyyəti mayor rütbəsi də daxil olmaq rütbənin verilməsidir. Təklifim odur ki, kapitan hərbi rütbəsindən başlayaraq aşağırütbəli zabitlərin rütbələrinin bir pillə endirilməsi bura əlavə edilsin".

Son xəbərlər