Darıxdığı üçün 85 xəstəni öldürən sanitara hökm oxundu - Almaniyada
07
iyn
2019
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada çalışdığı klinikada 85 pasiyenti öldürən şəxsə ömürlük həbs cəzası verilib.BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 42 yaşlı Hils Hegel cinayətləri 2000-2005-ci illərdə sanitar işlədiyi Oldenburq və Delmenxorst şəhər klinikalarında törədib.Hegel xüsusi dərmanla xəstələrin ürəyinin fəaliyyətini dayandırıb, sonra onları yenidən həyata qaytarmağa çalışırmış. Onun xəstələrin ürək fəaliyyətini bərpa etmək cəhdləri çox zaman uğursuzluqla nəticələnib.Onun bu əyləncəsi 85 nəfərin ölümünə səbəb olub.Heqel ifadəsində öldürdüyü xəstələri şəxsən tanımadığını və onlara qarşı heç bir qəzəbi olmadığını, sadəcə darıxdığı üçün belə etdiyini bildirib.Almaniyanın Oldenburq şəhər məhkəməsinin hakimi Sebastyan Byurmann Heqelin hərəkətini xüsusi ağır cinayətlər qismində dəyərləndirib və onu ömürlük həbsə məhkum edib.Qeyd edək ki, Hils Heqel 2005-ci ildə həbs edilib. Onun cinayət işi üzrə iki dəfə məhkəmə başladılıb. Yeni məhkəmə prosesi 2018-ci ildə başlayıb. İkinci məhkəmə prosesi çərçivəsində Heqelin növbətçiliyi zamanı ölmüş 130 pasiyentin dəfn edilmiş meyiti eksqumasiya edilib.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Ana və qızını öldürən qatilə ən ağır cəza verildi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə və quldurluq etmədə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU....