Daha beş siyasi partiya ofislə təmin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.
BAKU.WS Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, martın 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha beş siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.
Müstəqil Xalq Partiyası, Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyasının nümayəndələri fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.
Oxşar xəbərlər
Prezident Administrasiyasının şöbə müdiri partiyaların qadın üzvlərilə görüşüb
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir...