Daha 4 qazimiz Türkiyəyə göndərildi - FOTO

Daha 4 qazimiz Türkiyəyə göndərildi - FOTO
Foto
Siyasət 58

4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

BAKU.WS xəbər verir ki, qazilər Seymur Aliyev, Həşim Həşimov, Şəmşir Həziyev və Əli Cəfərli bu gün qardaş ölkəyə yola düşüblər.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 154 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 117-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Son xəbərlər