Dağların qoynunda bir inci - Suqovuşandan FOTOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinin bərpası istiqamətində işlər davam etdirilir.
"Report"un Suqovuşana ezam olunan çəkiliş qrupu xəbər verir ki, kəndə gedən avtomobil yolunun bərpası işləri ilkin mərhələ üzrə yekunlaşıb.
“Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işləri aparılır. Eyni zamanda kənd ərazisinin minalardan təmizlənməsi istiqamətində işlər görülür.
Qeyd edək ki, kənd ötən ilin oktyabrın 3-də Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Qalereya
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...