CZN Burakdan tənqidlərə cavab: "Tərbiyəsizlik etmədim" - VİDEO
Kann Film Festivalına qatıldığına görə qınanılan türkiyəli aşpaz CZN Burak tənqidlərə səssiz qalmayıb.
BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında video yayımlayaraq insanların etirazının səbəbsiz və yersiz olduğunu qeyd edib:
"Bəyənərsən ya da bəyənməzsən! Bu günə qədər kiməsə qarşı səhv etmədim. Tərbiyəsizlik də etmədim. Niyə məni bu qədər kədərləndirirlər, bilmirəm!".
Xatırladaq ki, bu il Kannda daha çox diqqət çəkən tanınmışlardan biri bu dəfə tanınmış aşpaz CZN Burak(Burak Özdemir) olub. O festivalda "All We Imagine as Light" filminin qalasına qatılıb. Burakın Kannda iştirak etməsi müzakirələr yaradıb.
"CZN Burakın Kann Film Festivalında nə işi var?", "Bir sən əskik idin" kimi şərhlər yazaraq izləyicilər onun tənqid atəşinə tutublar.
Oxşar xəbərlər
Tənqid edildi: "CZN Burakın Kann Film Festivalında nə işi var?" - FOTO
Bu il Fransada 77-ci dəfə təşkil edilən Kann Film Festivalına bir çox sayda türkiyəli məşhur qatıldı. Bunlar Pınar Deniz, Meryem Uzerli, Hande Erçel, Birce Akal...