"Crocus"da baş verən terror aktında zərərçəkənlərin sayı AÇIQLANDI
Moskva yaxınlığındakı "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işində 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən dörd şəxslə bağlı məhkəmə qərarının mətnində deyilir.
"1700-dən çox şəxs tanınıb və müvafiq statusda dindirilib, 800-dən çox şəxs şahid qismində dindirilib, 20-dən çox axtarış aparılıb, hadisə yerinə 65 dəfədən çox baxış keçirilib, 650-dən çox müxtəlif ekspertiza, o cümlədən məhkəmə-tibbi, molekulyar-genetik, yanğın-texniki, inşaat mühəndisliyi, barmaq izi ekspertizası təyin edilib", - deyə məhkəmə sənədində dərc olunub.
Xatırladaq ki, "Crocus City Hall"da terror aktı martın 22-də baş verib. Kamuflyajlı terrorçular binaya soxulub, atəş açmağa başlayıb və konsert zalını yandırıblar. Qurbanların sayı 551 nəfərə çatıb.
Oxşar xəbərlər
Putin "Crocus"dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırdı
Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb. BAKU.WS xəbər verir ki, Artem Donskov, İslam Xə...